Daxili İşlər Nazirliyi Zaqatalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Zaqatalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb
# 30 iyul 2015 10:55 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirən rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

APA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı yaralanan A. Həzrəyev və hadisəni törədən S. Kərimov kriminal aləmlə əlaqələri olan şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR