Afrikanın ən yaxşı futbolçusu müəyyənləşib

Afrikanın ən yaxşı futbolçusu müəyyənləşib
# 12 dekabr 2017 04:11 (UTC +04:00)

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Misir yığmasının və “Liverpul”un hücumçusu Məhəmməd Salah hər kəsi qabaqlayıb.

O, BBC-nin saytında keçirilən azarkeşlərin səsverməsində Sadio Mane (Seneqal, “Liverpul”), Pyer-Emerik Obameyanq (Qabon , “Borussiya” Dortmund), Nabi Keyta (Qvineya, “Leyptsiq”) və Viktor Mozesi (Nigeriya,“Çelsi”) geridə qoyub.

Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 24 oyunda 19 qol vurub, 6 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR