İran prezidenti Rusiyaya səfər edəcək

İran prezidenti Rusiyaya səfər edəcək
# 20 noyabr 2017 16:41 (UTC +04:00)

İran prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İran prezident aparatının mətbuat xidmətinin rəis müavini Pərviz İsmaili bildirib ki, Ruhani noyabrın 22-də rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, birgünlük səfərin məqsəd İran, Rusiya və Türkiyə prezidentlərinin Suriya məsələsi ilə bağlı Soçi şəhərində keçiriləcək danışıqlarda iştirak etməkdir.

P. İsmaili qeyd edib ki, prezident Həsən Ruhani həmçinin Türkiyə və Rusiya prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR