SOCAR-ın Gürcüstanda təmmənnasız qazla təmin etdiyi məscidlərin sayı 52-yə çatıb

SOCAR-ın Gürcüstanda təmmənnasız qazla təmin etdiyi məscidlərin sayı 52-yə çatıb
# 09 fevral 2018 11:04 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti olan “Socar Georgia Gas” şirkəti ölkədə daha 13 məscidi təmmənnasız qazla təmin edəcək.


Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, bununla bağlı “Socar Georgia Gas” şirkəti ilə razılıq əldə olunub: “Təmmənnasız qazla təmin olunan məscidlərin sayı 52-yə çatdı Məscidlər 87 200 lari məbləğində qazdan təmənnasız istifadə edə biləcəklər”.


R. İgidov GMİ adından bu xeyirxah addıma görə Azərbaycan dövləti, SOCAR şirkətinin rəhbərliyi və şirkətin Gürcüstandakı nümayəndəliyinə minnətdarlığını bildirib.


Qeyd edək ki, ötən il GMİ və “SOCAR Georgia Gas” şirkəti arasında 39 məscidin təmmənnasız qazla təmin olunması ilə bağlı müqavilə imzalanıb.
Gürcüstanda 320 məscid var və onlardan 180-i GMİ-nin tabeliyindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR