ABŞ Rusiya ilə Suriyaya dair danışıqların davam etdirilməsini istisna etmir

ABŞ Rusiya ilə Suriyaya dair danışıqların davam etdirilməsini istisna etmir
# 06 dekabr 2016 23:46 (UTC +04:00)

ABŞ Rusiya ilə Suriyaya dair danışıqların davam etdirilməsini istisna etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

“Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqların statusuna dair bir çox versiyalar səsləndirilir. Lakin dövlət katibi Con Kerri danışıqların davam etdirilməsini istisna etmir. Biz bu danışıqların detallarının müəyyənləşdirilməsi üzərində çalışırıq”, - deyə Toner brifinqdə bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı açıqlama vermək tezdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR