Moskvada ailəsini girov götürən şəxs özünü pəncərədən atıb - YENİLƏNİB

Moskvada ailəsini girov götürən şəxs özünü pəncərədən atıb - <span style="color: red;">YENİLƏNİB
# 20 fevral 2017 18:20 (UTC +04:00)

Moskvada ailəsini girov götürən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə Moskva polisindən bildiriblər.

“Ailəsini girov götürən şəxs özünü pəncərədən ataraq batuta düşüb. Hazırda o saxlanılıb”, məlumatda deyilir.

Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

***

16:46

Rusiya paytaxtında ruhi xəstə ailəsini girov götürüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Ren TV məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan şəxs arvadı və uşaqlarını Borovski şossesində yerləşən yaşayış evində girov saxlayır.

O, İran, Çin və ya Şimali Koreyadan sığınacaq istədiyini bəyan edib.

Onun sözlərinə görə, bu yaxınlarda sui-qəsdə məruz qalıb, ona görə də mənzildən çıxmaq istəmir.

Bundan başqa, o, heç bir səfirliklə əlaqə saxlaya bilmədiyini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR