"AtaSığorta"nın aktivləri 25% artıb

"AtaSığorta"nın aktivləri 25% artıb
# 25 oktyabr 2016 12:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "AtaSığorta" ASC 2016-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta yığımları 8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çoxdur.

"AtaSığorta" 2016-cı ilin 9 ayı ərzində 2,5 mln. manatdan artıq sığorta ödənişi həyata keçirib.

Sığortaçının aktivlərinin ümumi həcmi 35 mln. manat həcmindədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin aktivləri 25,1% artıb.

Şirkətin nizamnamə kapitalı 12,4 mln. manatdır.

"AtaSığorta" 9 ayı 1,8 mln. manatlıq mənfəətlə bitirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR