Altı nəfərdən silah götürülüb

Altı nəfərdən silah götürülüb
# 14 noyabr 2016 09:10 (UTC +04:00)

Azərbaycanda 6 nəfərdən silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəkinin Şirinbulaq kəndində Bakı şəhər sakini Mehman Məmmədovdan müvafiq sənədləri olmayan "Baykal" markalı, Kürdəmirdə Ağsu rayon sakini Elşən Kərimovdan, Balakəndə Talalar kənd sakini Kamran Musayevdən "İJ-18 " markalı, Sumqayıtda Yardımlı rayon sakini Samir Abbasovdan nömrəsi silinmiş "İJ-16", Qəbələdə Tüntülü kənd sakini Bəhruz Rəşidovdan "Tula" markalı ov tüfəngləri, Sabunçu rayonunun Maştağa qəsəbəsində isə qəsəbə sakini Vidadi Atakişiyevdən "Makarov" markalı tapança 7 ədəd patronu və 1 ədəd patron darağı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR