Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
# 10 may 2018 09:02 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya bildirilib ki, Cinayət Məcəlləsinin 93.1.4 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs Əzizov Daşqın Paşa oğluna Bərdə rayon sakini Rəşad Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sabunun içərisində xüsusi üsulla gizlədilmiş 0,875 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR