"Bibiheybət” məscidindən şəhərə doğru yolda təmir başlayıb

"Bibiheybət” məscidindən şəhərə doğru yolda təmir başlayıb
# 04 mart 2019 11:12 (UTC +04:00)

“Bibiheybət” yolunun bir hissəsi bağlanıb.

Bu barədə ONA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, “Bibiheybət” məscidindən şəhərə doğru istiqamətdəki yolda təmir-bərpa işləri aparıldığı üçün yol bağlıdır. Maşınlar isə ordan sola istiqamətlənən köhnə yollardan istifadə edirlər.

Qurum rəsmisi sürücülərdən diqqətli olmalarını və alternativ yollardan istifadə etməyi xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR