Məleykə Abbaszadə: “Çox vaxt dövlət qulluqçularının reyestrinə daxil edilən məlumatların arxasında başqa faktlar dayanır”

Məleykə Abbaszadə: “Çox vaxt dövlət qulluqçularının reyestrinə daxil edilən məlumatların arxasında başqa faktlar dayanır”
# 10 iyul 2017 08:56 (UTC +04:00)

“Biz çox vaxt görürük ki, dövlət qulluqçularının reyestrinə daxil edilən məlumatların arxasında başqa faktlar dayanır”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, dövlət qulluqçularının reyestrinə məlumatlar daxil edilməsə, bu işə məsul şəxslər cərimələnəcək: “Məlumatlar reyestrə düzgün daxil edilməsə, cərimələr mütləq olacaq. İnzibati Xətalar Məcəlləsində Dövlət Qulluqçuları Reyestrinə məlumatın vaxtında, tam və ya düzgün verilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR