İran Dəmir Yolları İdarəsinə yeni baş direktor təyin edilib

İran Dəmir Yolları İdarəsinə yeni baş direktor təyin edilib
# 04 dekabr 2016 20:35 (UTC +04:00)

İranın Nazirlər Kabineti ölkənin Dəmir Yolları İdarəsinə yeni baş direktor təyin edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən Səid Məhəmmədzadə İranın Dəmir Yolları İdarəsinin yeni baş direktoru və rəyasət heyətinin sədri vəzifəsinə təyin edilib.

İran prezidenti Həsən Ruhani S.Məhəmmədzadəni baş direktor vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib: “Ümid edirəm ki, Dəmir Yollarının strateji əhəmiyyətini, qonşu ölkələrlə sərnişin daşımaları və məhsulların tranzitində önəmli rolunu nəzərə alaraq, bu sahədə daha aktiv fəaliyyətinin şahidi olacayıq. Dəmir yollarının inkişaf etdirilməsi İran hökumətinin prioritetidir”.

Qeyd edək ki, İranın Dəmir Yolları İdarəsinin sabiq baş direktoru Möhsin Purseyidağayi bir müddət öncə iki qatarın toqquşması və 40-dan çox insanın həlak olmasının ardınca İran xalqından üzr istəyərək tutduğu vəzifədən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR