Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Əl Əriş şəhər xəstəxanasının yaxınlığında baş verib.
İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.
Qeyd edək ki, yanvarın 9-da Əl-Əriş şəhərində nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 9 polis əməkdaşı ölüb, 10-u isə yaralanıb.
Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.