Salyanda maşınla vurulan piyada ölüb

Salyanda maşınla vurulan piyada ölüb
# 25 avqust 2015 09:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də Salyan rayonunun Qaraçala kəndində Şirvan şəhər sakini Vaqif Səfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Elvin Abışovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR