Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 5% azalıb

Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 5% azalıb
# 01 avqust 2018 15:38 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin iyulun 1-nə 12 mlrd. 105,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1 mlrd. 776,4 mln. manat və ya 12,8% azdır.

Kredit qoyuluşlarının sahələr üzrə tərkibində ən iri həcm yenə də ev təsərrüfatlarının payına düşür. Belə ki, iyulun 1-nə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 mlrd. 824,2 mln. manat təşkil edib ki, bu göstəricinin ümumi kredit qoyuluşlarında çəkisi 39,9%-ə bərabərdir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 268,5 mln. manat və ya 5,3% azalıb, iyunda isə 24,3 mln. manat və ya 0,51% artıb.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra ümumi kredit qoyuluşlarında ən yüksək çəki ilə - 16,8%-lik payla “Ticarət və xidmət”, 14,8%-lik payla daşınmaz əmlak, 9,6%-lik payla nəqliyyat və rabitə, 5,6%-lik payla sənaye və istehsal, 4,3%-lik payla “İnşaat və əmlak”, 3,8%-lik payla kənd təsərrüfatı və emal, 2,4%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR