Azərbaycan təbii qaz ixracından gəlirini 6 dəfə artırıb

Azərbaycan təbii qaz ixracından gəlirini 6 dəfə artırıb
# 10 iyul 2017 09:34 (UTC +04:00)

2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan 527 mln. 932,37 min dollar dəyərində 3 mlrd. 180 min 646,82 kubmetr təbii qaz ixrac edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin ilk yarısı ilə müqayisədə 2 mlrd. 516 mln. 560 min kubmetr və ya 4,79 dəfə, məbləğ baxımından isə 442 min 268,41 dollar və ya 6,16 dəfə çoxdur.


Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 10,02%-ni təşkil edib.


Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycandan xarici ölkələrə 85 mln. 663,96 min dollar dəyərində 664 mln. 86,82 min kubmetr təbii qaz ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR