ABB-nin törəməsi Rusiya banklarının reytinqində 35 pillə geriləyib

ABB-nin törəməsi Rusiya banklarının reytinqində 35 pillə geriləyib
# 30 yanvar 2017 09:41 (UTC +04:00)

Rusiya fəaliyyət göstərən bankların 2017-ci ilin yanvarın 1-ə aktivlərinin həcminə görə reytinqi açıqlanıb.

"APA-Economics" xəbər verir ki, "ABB-Moskva" MMC reytinqin 135-ci pilləsində qərarlaşıb. 2016-cı ilin yanvarın 1-ə olan göstəriciyə əsasən bank 100-cü yerdə olub.

Bankın aktivlərinin həcmi 29,4 mlrd. rubl təşkil edir. 2016-cı il ərzində bankın aktivləri 46,5% azalıb. Təkcə IV rüb ərzində bankın aktivləri 3,7% azalma nümayiş etdirib.

Qeyd edək ki, "ABB-Moskva" MMC "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin törəməsidir.

Yeri gəlmişkən, reytinqə "Sberbank" (aktivləri 3% azalaraq 23 104,2 mlrd. rubla enib) başçılıq edir. İkinci yerdə "Bank VTB"-dir (aktivləri 1,2% artaraq 9 770,3 mlrd. rubla enib).

* 1 RUB = 0,0320 AZN

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR