Bakıda “Gömrük və gənc nəsil” mövzusunda tədbir keçirilib

Bakıda “Gömrük və gənc nəsil” mövzusunda tədbir keçirilib
# 07 dekabr 2016 09:32 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonundakı Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə “Gömrük və gənc nəsil” mövzusunda şagirdlərlə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov, həmin idarənin əməkdaşları Əfqan Əliyev və Elçin Rüstəmov iştirak ediblər.

DGK əməkdaşları “Gömrük və gənc nəsil” mövzusunda Azərbaycanın milli sərvəti olan dövlət müstəqilliyinin dönməz xarakter alması, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və dünya dövlətləri sırasında Azərbaycanın özünə layiq yer tutmasında mühüm rolundan söhbət açıblar. Eyni zamanda, bu gün Azərbaycanın dövlət suverenliyinin təmin edilməsinin ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətlə bağlı olduğu, o cümlədən dövlət müstəqilliyinin əsas atributlarından biri olan gömrük xidmətinin qısa zamanda təkmilləşdirildiyi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının daha da möhkəmləndirildiyi, milli iqtisadiyyatın digər sahələri kimi, gömrük xidmətinin də sürətli inkişafının təmin edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycan gömrük xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyi və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı qətiyyətlə mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Tədbirin sonunda məktəbin rəhbərliyi bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını bildirib və bu görüşün məhz şagirdlərin təhsil aldıqları məktəbdə keçirilməsi üçün DGK-nın rəhbərliyinə minnətdarlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR