Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
# 08 iyul 2017 10:20 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Qusar rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı, Qusar rayonunun Kiriş-Həzrə yolu istiqamətinə gedən, içərisində Azərbaycan vətəndaşlarına məxsus mallar olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Rav 4" markalı nəqliyyat vasitəsi saxlanılaraq baxış keçirilməsi üçün Xaçmaz Gömrük İdarəsinə dəvət edilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsində həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı "Toyota Rav 4" markalı nəqliyyat vasitəsinin yük yerindən və salonunda olan qara rəngli polietilen paketlərdən, əl çantalarından və nəqliyyat vasitəsində olan "Bimax" markalı yuyucu toz qutularının içərisindən, ümumilikdə 102 680 ədəd "NZ Gold Compact" və 6000 ədəd "Marlboro" markalı siqaretlər və 20 880 ədəd "Belomorkanal" markalı papiroslar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR