Heydər Əliyev prospekti-aeroport şossesi və Zığ yolunda sürət həddi aşağı salınıb

Heydər Əliyev prospekti-aeroport şossesi və Zığ yolunda sürət həddi aşağı salınıb
# 19 dekabr 2019 08:56 (UTC +04:00)

Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

APA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir.

BNA hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyatlı olmalarını xahiş edir, sürücüləri mütləq şəkildə ara məsafəsini gözləməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR