AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinin nəticələri açıqlanıb

AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinin nəticələri açıqlanıb
# 19 mart 2018 11:16 (UTC +04:00)

İsveçrənin SGS şirkəti 2017-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, şirkət bununla bağlı təbrik məktubu göndərib.

Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundu. Həmçinin o da vurğulanıb ki, Lisenziyalaşdırma qrupu 2018-19-cu il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR