Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparılacaq

Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparılacaq
# 01 sentyabr 2017 21:12 (UTC +04:00)

Sentyabrın 2-də ABŞ xüsusi xidmət orqanları tərəfindən Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparılacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, axtarışlar diplomatik missiyanın əməkdaşlarının mənzillərində də aparılacaq.

“ABŞ tərəfindən Rusiya qarşı tətbiq edilən məhdudiyyətlər vətəndaşlarımızın təhlükəsizliyinə birbaşa təhlükə yaradır”, deyə M.Zaxarova vurğulayıb.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR