Xaçmazda kafenin ikinci mərtəbəsindən yıxılaraq ölən şəxsin kimliyi məlum olub
Xaçmazda kafenin ikinci mərtəbəsindən yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, dünyasını dəyişən şəxs Xaçmazın Köhnə Xaçmaz kənd sakini Əliyev Səhmana Habil oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
20.16
Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən "Məkan" adlı kafesində qeydə alınıb. Orta yaşlı kişi kafenin ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Meyitin şəxsiyyətini müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.