Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycandan idxal hesabına aradan qaldırır

Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycandan idxal hesabına aradan qaldırır
# 25 may 2018 11:25 (UTC +04:00)

Gürcüstanda “İnquri” SES-də baş vermiş texniki nasazlıq səbəbindən ölkədə yaranmış elektrik enerjisi defisiti idxal hesabına aradan qaldırılır.

APA-nın yerli bürosu “Gürcüstan Dövlət Elektrosistemi” SC-nin məlumatına istinadla xəbər verir ki, qonşu ölkə SES-də qəza baş verən vaxtdan 2 006 718 kv/saat həcmində elektrik enerjisi idxal edib. İdxal Azərbaycan, Rusiya və Türkiyədən həyata keçirilib.

“İnquri” SES-də baş vermiş texniki qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, dünən axşam saatlarında “İnquri” SES-də baş vermiş qəza nəticəsində paytaxt Tbilisinin bir hissəsi və bölgələrin elektrik enerjisi ilə təminatında məhdudiyyətlər yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR