"Azerspace-1" peykinin kommersiya fəaliyyətindən 50 mln. dollar əldə olunub

"Azerspace-1" peykinin kommersiya fəaliyyətindən 50 mln. dollar əldə olunub
# 08 fevral 2017 14:51 (UTC +04:00)

Bu günədək tutumlarının 78%-nin satışı reallaşdırılmış "Azerspace-1" peykinin kommersiya fəaliyyətindən 50 mln. dollardan çox vəsait əldə edilib. "Azərkosmos" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, hazırda “Azerspace-1” peykində Azərbaycan, rus, ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.

Qeyd edək ki, "Azərkosmos" "Bakı-2015" I Avropa Oyunlarının peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib. Oyunlar zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması "Azərkosmos"un operatoru olduğu "Azerspace-1" peyki üzərindən həyata keçirilib. Beləliklə "Azərkosmos" oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb.

Eyni zamanda 2015-ci ildə Azərbaycan Milli Məclisinə, Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilər, Gürcüstanda keçirilən Yüngül Atletika üzrə Avropa Çempionatı, Qırğızıstanda təşkil olunan ikinci Dünya Köçəri Oyunları və s. "Azerspace-1" peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.

Cari il ərzində "Azərkosmos" və Gürcüstanın "The Georgian Public Broadcasting" (GPB) şirkəti arasında "Adjara TV", "2TV", "Maestro TV", "Saperavi TV", "Palitra TV", "Trialeti TV" kanallarının kommersiya yayımına dair müqavilələr imzalanıb.

Bununla yanaşı, "Azərkosmos" artıq Azərbaycan, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun Birləşmiş Krallıq, Qırğızıstan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə TV və radio kanallar, teleradio yayım şirkətləri, data provayderləri, dövlət qurumları və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Ümumilikdə, "Azerspace-1" peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 19 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildən etibarən irəliyə atılan uğurlu addımlardan hesab olunur.

"Azərkosmos" ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib. Kosmik sənaye Azərbaycan üçün yeni bir sahə idi və müstəqil peykimizin idarəolunması, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxardırdı. Yüksək ixtisalı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, “Azərkosmos” əməkdaşları şirkətin partnyorları olan ABŞ-ın “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak edib. Bu gün “Azerspace-1” peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. “Azərkosmos”da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib və onların əldə etdiyi bilik və bacarıqlar telekommunikasiya peyklərinin idarə olunmasında növbəti nəsil kadrların yetişdirilməsində mühüm rol oynayacaq.

“Azərkosmos” ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib. Yüksək ixtisaslı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, “Azərkosmos” əməkdaşları şirkətin partnyorları olan ABŞ-nın “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak edib.

Bu gün “Azerspace-1” peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. “Azərkosmos”da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib və onların əldə etdiyi bilik və bacarıqlar telekommunikasiya peyklərinin idarə olunmasında növbəti nəsil kadrların yetişdirilməsində mühüm rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR