Azərbaycan Gürcüstandan şərab idxalını 67% artırıb

Azərbaycan Gürcüstandan şərab idxalını 67% artırıb
# 05 dekabr 2017 15:14 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 111 522 şüşə şərab idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni göstəricisindən 67% çoxdur.

Cari ilin 11 ayı ərzində Gürcüstan 52 ölkəyə 70,2 milyon şüşə şərab ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54% çoxdur. Qonşu ölkənin hesabat dövründə şərab ixracından gəliri 49% artaraq 154,8 milyon dollar təşkil edib.

Gürcü şərabını ən çox idxal etmiş ölkələrin ilk beşliyinə Rusiya (43 903 947 şüşə), Ukrayna (7 660 334), Çin (6 736 081), Qazaxıstan (3 096 879) və Polşa (2 388 352) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR