Bu il qlobal ticarətin son 10 ildə ən böyük tənəzzülə məruz qalacağı gözlənilir

Bu il qlobal ticarətin son 10 ildə ən böyük tənəzzülə məruz qalacağı gözlənilir
# 27 noyabr 2019 10:22 (UTC +04:00)

Fransanın "Euler Hermes" sığorta şirkətinin proqnozlarına görə, 2019-cu ildə qlobal ticarətin artım templəri son 10 ildə ən aşağı səviyyəyə enəcəyi gözlənilir.

"APA-Economics"in "Euler Hermes"in apardığı tədqiqata istinadən verdiyi məlumata görə, şirkətin mütəxəssislərinin fikrincə, bu il qlobal ticarət cəmi 1,5% artacaq. Eyni zamanda, maya dəyəri baxımından 2018-ci ilə nisbətən qlobal ticarətin 1,7% azalacağı proqnozlaşdırılır.

Şirkətinin araşdırmasına görə, ölkələr arasındakı ticarət gərginliyinin və idxal rüsumlarının artması səbəbi ilə ixracatçı ölkələrin 2019-cu ildə 420 mlrd. ABŞ dolları itirəcəyi gözlənilir.

İxrac edən ölkələr arasında ən ciddi itkilərin Çində (67 mlrd. dollar) və Almaniyada (62 mlrd. dollar) qeydə alınacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR