İngiltərədə zavodda qaz sızması nəticəsində 1 nəfər ölüb, 22 nəfər zəhərlənib

İngiltərədə zavodda qaz sızması nəticəsində 1 nəfər ölüb, 22 nəfər zəhərlənib
# 10 noyabr 2016 04:20 (UTC +04:00)

İngiltərədə zavodda baş verən qaz sızması nəticəsində 1 nəfər ölüb, 22 nəfər zəhərlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Northemton şəhərində, “Carlsberg” şirkətinə məxsus pivə müəssisəsində qeydə alınıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər və xilasedicilər zavodun işçilərini təxliyə edib. Lakin 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Qaz sızmasından 11 zavod işçisi, 9 yanğınsöndürən və 2 polis əməkdaşı zəhərlənib.

Qaz sızmasının səbəbi hələ ki, məlum deyil. İnsidentlə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR