Kolumbiyada BMT missiyasına hücum olub

Kolumbiyada BMT missiyasına hücum olub
# 06 avqust 2017 21:39 (UTC +04:00)

Kolumbiyada naməlum silahlılar BMT-nin missiyasına hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin qərbində, Kauka departamentində qeydə alınıb.

İnsident nəticəsində azı bir polis əməkdaşı yaralanıb.

Hücumun arxasında “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və yaxud “Milli Azadliq Ordusu”nun (ELN) silahlılarının durduğu ehtimal edilir.

Qeyd edək ki, “Milli Azadlıq Ordusu” “Kolumbiya İnqilabi Silahlı Qüvvələri”ndən sonra sayca ən iri üsyançı qruplaşmasıdır. Hər iki qruplaşma ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatları siyahısına salınıb. Ötən ilin sentyabrında Kolumbiya hökuməti ilə FARC arasında sülh müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR