Azərbaycan prezidenti hindistanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti hindistanlı həmkarını təbrik edib
# 25 yanvar 2018 15:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev hindistanlı həmkarı Ram Nat Kovindi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı-Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur. İnanıram ki, ölkələrimiz arasında bu ənənələrə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR