Amerikalıların 53 faizi Trampın fəaliyyətindən narazıdır

Amerikalıların 53 faizi Trampın fəaliyyətindən narazıdır
# 03 fevral 2017 23:22 (UTC +04:00)

Amerikalıların 53 faizi Trampın fəaliyyətindən narazıdır.

APA-nın məlumatına görə, CNN və ORC tədqiqat şirkəti tərəfindən aparılan rəy sorğusunun nəticələrində belə deyilir.

Rəy sorğusunda iştirak edənlərin 44%-i yeni prezidentin ilk addımlarını dəstəkləyib, 53%-i isə Trampın fəaliyyətindən narazı qaldıqlarını bildiriblər.

CNN ABŞ tarixində ilk dəfə fəaliyyətinə yeni başlayan prezidentə olan xalq dəstəyinin bu qədər az olduğunu qeyd edib.

Qeyd edək ki, ötən gün Public Policy Polling" (PPP) şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən ABŞ-da seçicilərin 40 faizi Donald Trampın impiçmentini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR