İmişlidə minik avtomobili aşıb, ölən və yaralananlar var

İmişlidə minik avtomobili aşıb, ölən və yaralananlar var
# 30 iyul 2018 00:14 (UTC +04:00)

İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.

Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 1968-c il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri, 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər. Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR