İyul ayında 168 partlamamış hərbi sursat, 5 mina zərərsizləşdirilib

İyul ayında 168 partlamamış hərbi sursat, 5 mina zərərsizləşdirilib
# 01 avqust 2018 10:59 (UTC +04:00)

Ötən ay ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Xocavənd, Qazax, Qaradağ, Lənkəran, Tərtər, Tovuz rayonları, Gəncə və Sumqayıt şəhərlərində 424,299 m² (42.43 ha) ərazi yoxlanılıb, 168 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 3 ədəd tank əleyhinə mina (cəmi 173 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, əməliyyatlarda 486 nəfərlik əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 529,515,651 m² (52,951.57 ha) ərazi təmizlənib, 797,096 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

2018-ci ilin iyul ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR