APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, oyun heç-heçə (0:0) başa çatıb.
Məlumata görə, Qəzza zolağındakı “Əl-Yərmuk” stadionunda “Əl-Əhli” (İordan çayının Qərb sahili) və “Şeycayə” (Qəzza zolağı) komandaları arasında baş tutmuş qarşılaşmanı iki minədək azarkeş izləyib.
“Fələstin Kuboku” turniri çərçivəsində keçiriləcək cavab oyunu avqustun 9-da İordan çayının Qərb sahilində baş tutacaq.
Son zamanlar Fələstin Milli Administrasiyası və Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı arasında münasibətlər yenidən gərginləşib.