Ərdoğan: "Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar"

Ərdoğan: "Şərqi Quta və Dumada qətliam törədənlər cəzalarını alacaqlar"
# 10 aprel 2018 11:15 (UTC +04:00)

"Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm".

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

O bildirib ki, kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, ağır şəkildə cəzalandırılacaq: “Bu istiqamətdə görüşlər və işləri davam etdiririk. Dünən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıq. Bu təmaslar bu gün və sabah davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR