Paşha Bank
Bank Of Baku

Oğuzda ağır yol qəzası olub, iki nəfər ölüb - VİDEO - YENİLƏNİB

Oğuzda ağır yol qəzası olub, iki nəfər ölüb - VİDEO  - YENİLƏNİB
# 13 fevral 2022 16:31 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

16:14

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb daha bir-neçə nəfər yaralanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaramətyəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq Dasagil körpüsündən çaya aşıb. Qəza zamanı 2 nəfərin öldüyü, bir-neçə nəfərin yaralandığı bildirilir.

Ölən və yaralanan şəxslər Şəki rayon sakinləridir. Meyitlər müayinə edilmək üçün Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölən şəxslərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Bildirilir ki, ölən avtomobilin sürücüsü və avtomobildə olan azyaşlı sərnişindir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR