İki gün əvvəl Xəzərdə batan 17 yaşlı oğlanın meyiti sudan çıxarılıb

İki gün əvvəl Xəzərdə batan 17 yaşlı oğlanın meyiti sudan çıxarılıb
# 25 iyul 2017 11:47 (UTC +04:00)

Xəzərdə batan şəxsin meyiti sudan çıxarılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 23-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Bu gün 2000-ci il təvəllüdlü İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR