FHN: Bakıda intihar məqsədilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib - YENİLƏNİB-1

FHN: Bakıda intihar məqsədilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib - <span style="color: red;">YENİLƏNİB-1
# 30 iyul 2018 09:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Vətəndaş qaldırıcı qurğu vasitəsi ilə körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.

***

09.37

Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.

***

08:57

"Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var".

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, tıxac əsasən Heydər Əliyev prospektinin "Atəşgah" dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilir.

"Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR