Rusiyada atçılıq klubu çöküb, 2 nəfər ölüb

Rusiyada atçılıq klubu çöküb, 2 nəfər ölüb
# 19 yanvar 2017 13:09 (UTC +04:00)

Rusiyada atçılıq klubunun qismən çökməsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinə istinadən məlumat yayıb.

Novosibirsk vilayətinin Berdks şəhərində baş verən hadisə zamanı klubda 7 nəfər olub. Dağıntıları aradan qaldırmaq üçün FHN-in 40-dan çox canlı qüvvəsi 15 texnikası cəlb edilib, xüsusi qərargah yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR