İran XİN rəhbəri: "Tehran bəzi ölkələrin nüvə razılaşması ilə bağlı destruktiv siyasət yürütdüyünə təəssüf edir"

İran XİN rəhbəri: "Tehran bəzi ölkələrin nüvə razılaşması ilə bağlı destruktiv siyasət yürütdüyünə təəssüf edir"
# 10 yanvar 2018 16:12 (UTC +04:00)

“Rəsmi Tehran bir neçə ölkənin nüvə razılaşması ilə bağlı destruktiv siyasət yürütdüyünə görə təəssüf edir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Nazir Tehranın həmin ölkələrin razılaşmanı yerinə yetirmədiklərinə görə təəssüfləndiyini qeyd edib.

O bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə İranın razılaşmanı yerinə yetirməsinə sadiq olduğunu bəyan edib: “İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə razılaşmanın gələcəkdə icrasına əmin olmaq üçün razılaşma tərəfləri sıx işləməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR