Bərdədə 21 yaşlı oğlan qaçırdığı avtomobillə qəza törədib - YENİLƏNİB

Bərdədə 21 yaşlı oğlan qaçırdığı avtomobillə qəza törədib - <span style="color: red;">YENİLƏNİB
# 20 fevral 2017 13:56 (UTC +04:00)

Bərdədə avtomobil qaçıran 1-ci qrup əlil qəza törədib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun “Köhnə bazar” adlanan ərazisində baş verib. 21 yaşlı Bərdə rayon sakini Məmmədzadə Nicat Orxan oğlu yolun kənarında dayanmış, rayonun Əliyanlı sakini Fəxrəddin Musa oğlu İbrahimova məxsus 09 BM 430 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobili qaçırıb.

Sürət həddini aşaraq idarəetməni itirən Nicat Məmmədzadə qaçırdığı avtomobili dəmir yolu vağzalının qarşısında ağaca çırpıb. Avtomobilin içində sıxışıb qalmış gənci yaxınlıqdakı insanlar çıxararaq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

N. Məmmədzadənin anası Məlahət Məmmədova APA-ya bildirib ki, oğlu anadangəlmə fiziki qüsurludur: “Oğlum serebral iflic xəstəsi olub. Həm də psixoloji problemi var. Əvvəllər də evdən qaçıb”.

Hazırda faktla bağlı araşdırma başlanıb.

15:19

***

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayon sakini, 21 yaşlı Məmmədzadə Nicat Orxan oğlu rayon mərkəzi bazarının qarşısında dayanmış avtomobili qaçırıb.

Fiziki qüsurlu olduğu deyilən N. Məmmədzadə idarə etdiyi avtomobili dəmir hasara çırpıb. Onun ağır xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi, vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR