Beyləqan sakinindən narkotik maddə götürülüb

Beyləqan sakinindən narkotik maddə götürülüb
# 05 fevral 2018 21:11 (UTC +04:00)

Beyləqanda üzərində narkotik vasitə daşıyan 50 yaşlı kişi saxlanılıb.

APA-nın Qarabağ müxbirinin Beyləqan Rayon Polis Şöbəsindən əldə etdiyi məlumata görə, rayon sakini Qarayev İlham Atakişi oğlu saxlanılan zaman üzərindən 3 kibrit qutusu marixuna aşkarlanıb.

Hüquq mühafizəçiləri İ.Qarayevin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmadığını araşdırır.

Faktla bağla cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR