Zahid Oruc şəhid ailələrinə verilən müavinətlərin bölgüsündən narahatdır

Zahid Oruc şəhid ailələrinə verilən müavinətlərin bölgüsündən narahatdır
# 08 dekabr 2016 10:45 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirəsi zamanı deputat Zahid Oruc çıxış üçün vaxt azlığından şikayətlənib.


"APA-Economics"in məlumatına görə, iclasda millət vəkili Zahid Oruc deyib ki, çıxış üçün 10 dəqiqə vaxt nəzərdə tutulub, amma sonradan 5 dəqiqəyə endirilib: "Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəyəm".

Milli Məclisin sədri Oqtay Əsədov Z. Oruca cavab verib: "Sənə əlavə 5 dəqiqə də vaxt verirəm".

Bunun ardınca Z. Oruc şəhid ailələrinə verilən müavinətlərin ailə üzvləri arasında bölünməsi ilə bağlı narahatlığını ifadə edib: "Şəhid ailələrinə 220 manat müavinət verilir. Bu vəsait qayınata, qayınana və şəhidin həyat yoldaşı arasında bölünür. Bununla da, şəhid ailəsinə düşən vəsait azalır. Təklif edirəm ki, bu vəsait şəhid ailəsinin həyat yoldaşına verilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR