Təhsil Nazirliyində İslamiadada yüksək nəticə göstərənlərin təltif olunma mərasimi keçirilib

Təhsil Nazirliyində İslamiadada yüksək nəticə göstərənlərin təltif olunma mərasimi keçirilib
# 13 iyul 2017 14:46 (UTC +04:00)

Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində 11 mindən çox tələbə - könüllünün xüsusi rolu olub.

Nazir İslamiadanın qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq - gənclər, idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 gümüş olmaqla, ümumilikdə 8 medal qazanıldığını qeyd edib.

Daha sonra İslamiadada yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən əməkdaşlar, könüllülər və idmançılar təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR