Saatlı sakini kanalda batıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu su kanalına düşərək boğulub. Onun sərxoş vəziyyətdə kanala yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.