Bakıda "Mercedes", İmişlidə isə “VAZ” markalı minik avtomobili yanıb

Bakıda "Mercedes", İmişlidə isə “VAZ” markalı minik avtomobili yanıb
# 28 iyul 2015 00:50 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa, İmişli şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR