SOCAR yanvarda qazma işlərini 14%-dək artırıb

SOCAR yanvarda qazma işlərini 14%-dək artırıb
# 03 fevral 2017 08:28 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 146 metr qazma işi həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin yanvar ayı ilə müqayisədə 1 337 metr və ya 13,63% çoxdur. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində qazmadan alınmış 6 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR