Azərbayсan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbayсan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
# 24 dekabr 2016 11:35 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyevə telefon açıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR