Goranboyda 79 yaşlı kişi döyülüb - VİDEO

Goranboyda 79 yaşlı kişi döyülüb - <span style="color: red;">VİDEO
# 23 iyul 2015 11:49 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda 79 yaşlı kişi döyülüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağamalıoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü Qələndər Şamiyev qapalı kəllə-beyin travması, sol qulağın kəsilməsi, sağ qulağın zədələnməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərilən 79 yaşlı kişinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaralını xəstəxanaya gətirən şəxslər onun oğlu tərəfindən döyüldüyün bildiriblər.

Goranboy rayon Polis Şöbəsindən hadisə barədə məlumatlı olduqları və faktla bağlı araşdırma aparılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR