Bakı sakinlərinin 61 min manatını mənimsəyən dələduza cəza verilib

Bakı sakinlərinin 61 min manatını mənimsəyən dələduza cəza verilib
# 25 noyabr 2016 14:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nofəl Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. Qafarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Qafarov Bakı sakinləri - Sədəbxanım Əliyeva, Elşən Rəhimov və Natiq Qurbanovun etibarından sui-istifadə edərək, onlara qarşı 61 min 352 manat məbləğində dələduzluq edib. Bakıdakı tikinti şirkətlərindən birinə məxsus bir neçə mənzili zərərçəkmişlərə satacağını deyib, lakin pulu aldıqdan sonra vədinə əməl etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR